Eşli Leqqat

Eşli Leqqat

Aktrisa

BİOQRAFİYA
Eşli Leqqat - kanadalı aktrisa, rəqqasə və müğənnidir. Daha çox populyar Kanada komediya serialı sayılan "Derekli həyat" (Life with Derek) serialında oynadığı Keysi Makdonald və "Kirayənişin qadın" (The Perfect Roomate, 2011) filmində Eşli Dannfild rolu ilə tanınır. Aktrisa 26 sentyabr 1986-cı ildə Kanadanın Ontario əyalətinin Hemilton şəhərində anadan olub. Leqqat irland və şotland əsillidir. Aquarius Teatrının Dram İncəsənət proqramın teatr aktrisalığı üzrə təhsil alıb. Bir il sonra həmin teatrda peşəkar teatr debütünü gerçəkləşdirib. "Derekli Həyat" serialında birgə çəkildiyi Maykl Siterlə yaxın dostdur. 2011-ci ildə uzun illərin sevgilisi, hokkey oyunçusu Ceremi Uilyamsla ailə qurub. Onların 2017-ci ildə qızları doğulub. 2019-cu ildə ikinci qızını dünyaya gətirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ashley_Leggat
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç