Samanta Drouk

Samanta Drouk

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Samanta Rey Drouk — amerikalı kino, televiziya və səsləndirmə aktrisası, geyim dizayneridir. Kinoda “Yazıq Pol” teleserialından Bonni rolu ilə tanınıb. 8 noyabr 1987–ci ildə ABŞ-ın Texas ştatının De Leon şəhərində anadan olub. Kinoda Truce dramında Cenni rolu ilə debüt edib. Samanta “Qilmor qızları”. “Hər şey tip-top və ya Zak və Kodinin həyatı”, “İstvik” və “C.S.İ. Cinayət yeri” teleseriallarında çəkilib. 2009-cu ildə “Şahzadələrin müdafiəsi proqramı” filmində Bruk rolunu ifa edib. 2009-cu ildə “Yazıq Pol” serialının "From the Heart" seriyasının ssenari müəlifidir. "Samanta Drouk Live in Love" adlı şəxsi geyimlər kolleksiyasını və "Imagine The Love" idman köynəklərini buraxıb. 2010-cu ildə rejissor Antonio Negretin çəkdiyi “Əkiz Qatillər” qorxu filmində çəkilib. 2010-2012-ci illərdə aktyor və müğənni Karlos Pena ilə eşq yaşayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%80%D0%BE%D1%83%D0%BA,_%D0%A1%D0%B0%D0%BC%D0%B0%D0%BD%D1%82%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç