Mark Benninqton - amerikalı fotoqraf və aktyordur. "Star Trek: Voyacer", "NYPD Blue", "Tilsimlənmiş" kimi populyar seriallarda epizodik rollar oynayıb. Peşəkar fotoqraf olaraq çəkdiyi şəkillər The Atlantic, The Huffington Post, GQ İndia, Verve Magazine, Worth Magazine, The Los Angeles Times, The LA Weekly, The Wall Street Journal, Platform Magazine, Forbes Magazine, The Times of India, The Virginia Quarterly Review, The Boston Globe, Lucky Magazine, Self Magazine, BuzzFeed, CNN kimi məşhur nəşrlərdə dərc olunub. Zərb alətləri ifaçısı kimi 400-dən çox çıxışı olub, "50cent Haircut" rok qrupunun üç albomunun studiya səsyazmasında iştirak edib. Mumbaya köçdükdən sonra orada mədəni antropoloq Tapsi Ramçandani ilə tanış olub. 2013-cü ildə cütlük münasibətlərini rəsmiləşdirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1204791/bio?ref_=nm_ov_bio_sm