Paraniti Çopra
Aktrisa
Pariniti Çopra 22 oktyabr 1988-ci ildə Hindistanın Ambala şəhərində pancab ailəsində anadan olub. Atası Pavan Çopra Hindistan ordusunu ərzaqla təchiz edən tədarükçü biznesmen olub. Anası Rina Çopra isə evdar xanım olub. İki qardaşı var. Məşhur aktrisa Pryanka və Mira Çopranın əmisi qızıdır. Paraniti İsa Məsih monastrında oxuyub. Klassik hind musiqisi üzrə təhsil alıb. “The Hindu” qəzetinə verdiyi müsahibədə dərslərində yaxşı davamiyyəti olan şagird olduğunu və uşaqlıqda investisiya bankçısı olmağı arzuladığını dilə gətirib. 17 yaşında olanda Çopra Londona köçüb. Orada Manchester Business School ali məktəbinə daxil olub və biznes, iqtisadiyyat və maliyyə ixtisasları üzrə bakalvr diplomu əldə edib. 2009-cu ildə iqtisadi böhran və işsizliklə əlaqədar Hindistana dönüb. Vətənində məşhur aktrisaya çevrilmiş əmisi qızı Pryankanın yanına – Mumbaya köçüb. “Mümkünsüz sevgi” filminin çəkilişlərində Pryanka gənc əmisi qızını yerli kinostudiyaya təqdim edib. Sonuncu əvvəl marketinq menecer və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışıb. Priyanka əvvəl aktorluq və ya aktrisalıq sənətinə göz ucu baxdığını və kinoya elə də marağının olmadığını bildirib. Ancaq onun sözlərinə görə studiyada işlədikcə tədricən bu fikirdən daşınıb və dram sənətinə həvəsi yaranıb. Hindistan Milli Kinomükafatı, Filmfare Award mükafatçısıdır (ən yaxşı debüt qadın rolu nominasiyasında).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%BE%D0%BF%D1%80%D0%B0,_%D0%9F%D0%B0%D1%80%D0%B8%D0%BD%D0%B8%D1%82%D0%B8