Rayan Flek

Rayan Flek

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Rayan Flek – amerikalı rejissor və ssenaristdir. 20 sentyabr 1976-cı ildə ABŞ-ın Kaliforniya ştatının Berkli şəhərində anadan olub. Hələ məktəb illərində rejissor olmağı arzulayıb, ancaq kinoməktəbdə təhsil almasına maddi imkani olmayıb, ona görə “Dyablo Velli” kollecinin riyaziyyat fakültəsinə sənədlərini verib. 1997-ci ildə Nyu-York Universitetinin Tiş incəsənət məktəbinin tələbəsi olub, orada kinoistehsalı (prodüserlik) üzrə ali təhsil alıb. Gələcək həyat yoldaşı və həmkarı Anna Bodenlə də elə orada tanış olub. 2006-cı ildə “Pol-Nelson” filmi ilə rejissor debütünü gerçəkləşdirib. Ekran əsəri Lokarno (İsveçrə) kinofestivalında jürilərin seçimi mükafatını qazanıb. Daha çox “Bu çox məzəli əhvalatdır” (2010) və “Kapitan Marvel” (2019) filmləri üzərində gördüyü işə görə tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/director/hollywood/76130/bio/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç