Yevgeniya Simonova
Aktrisa
Yevgeniya Pavlovna Simonova - sovet və rusiya teatr, televiziya və kino aktrisasıdır. 1984-cü ildə SSRİ Dövlət Mükafatı laureatı olub. 1 iyun 1955-ci ildə Leninqradda anadan olub. Musiqi məktəbini bitirib. 1976-cı ildə Boris Şukin adına Teatr İnstitutunun məzunu olub. Ali təhsilini başa vurduqdan sonra Moskva Akademik Teatrının truppasına dəvət olunub. Hələ də həmin truppada çıxış edib. Üç dəfə evli olub. İlk həyat yoldaşı aktyor Aleksandr Kaydanovski olub. Həmin nikahdan 1976-cı il təvəllüdlü Zoya Kaydanovskaya adlı qızı var. İkinci həyat yoldaşı aktyor Dmitriy Polonski olub. Üçüncü əri isə rejissor Andrey Eşpaydır. Birgə evlilikdən 1985-ci il təvəllüdlü Mariya Eşpay adlı qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B8%D0%BC%D0%BE%D0%BD%D0%BE%D0%B2%D0%B0,_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D0%B8%D1%8F_%D0%9F%D0%B0%D0%B2%D0%BB%D0%BE%D0%B2%D0%BD%D0%B0