Sergey Makovetski

Sergey Makovetski

Aktyor

BİOQRAFİYA

Sergey Vasilyeviç Makovetski 13 iyun 1958-ci ildə Kiyevdə (Ukrayna) anadan olub. Atası o doğulduqdan sonra ailəni tərk etdiyindən, anasının soyadını daşıyır. Anası “Vulkan” süni dəri zavodunda işləyib. 126 saylı Kiyev orta məktəbində oxuduğu illərdə idmanla, o cümlədən fiqurlu konkisürmə və su polosu ilə məşğul olub. Aktyor olmağı ümumiyyətlə arzulamayıb. Ancaq bir gün ingilis dili müəlliməsi Tatyana Petrovna Solovkina onu “Meşə” pyesinin məktəb tamaşasında Arkaşka roluna dəvət edir. Həmin vaxtdan onda aktyorluq sənətinə sevgi formalaşır. Makovetski uşaqlıq xatirələrində həmin rolun sözlərini bir günə əzbərlədiyini, tamaşada improvizasiya edərək qəhrəmana axsaqlıq əlavə etdiyini bildirib. Məktəbi bitirdikdən sonra sənədlərini Kiyev Dövlət İncəsənət İnstitutuna təqdim edib. Ancaq bəxt üzünə gülməyib və onu bu təhsil ocağına qəbul etməyiblər. Buna baxmayaraq, Sergey düşkünlüyə qapılmayıb və Rus Dövlət Akademik Dram Teatrında dekorçu vəzifəsinə işə düzəlib. Xeyli müddətdən sonra aktyorluq kurslarını bitirərək, peşəkar karyerasına qədəm qoyub. 1983-cü ildə Yelena Makovetskaya ilə ailə qurub. Həyat yoldaşının əvvəlki nikahdan Denis adlı oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Sergei_Makovetsky

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç