Darya Yurgens
Aktrisa
Darya Qeorqiyevna Yurgens (2003-cü ilə qədər soyadı Lesnikova olub) - rusiyalı teatr və kino aktrisasıdır. 2005-ci ildə Rusiyanın əməkdar artisti adını qazanıb. 20 yanvar 1968-ci ildə Tomsk şəhərində anadan olub. 1990-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kino İnstitutunu bitirib. Məzun olduqdan sonra Gənclər teatrının (Fontanka) truppasına qəbul olunub. Yevgeni Dyatlovla evli olub. Bu nikahdan 1991-ci il təvəllüdlü oğlu var. Daryanın uşaqlığı Donets vilayətinin Jdanovo şəhərində keçib. Məktəbdə dərslərini pis oxuyub, qiymətləri aşağı olub, buna rəğmən idmanla ciddi maraqlanıb. 14 yaşında qılıncoynatma üzrə idman ustası adını qazanıb. Ancaq yarışların birində qadağan olunmuş hərəkətlə rəqibinə xəsarət yetirərək, diskvalifikasiya edilib. Həmin hadisədən sonra idmandan uzaq düşüb. Valideynləri dram teatrının artistləri olub. Nə qədər qəribə səslənsə də, ilk aktrisalıq təcrübəsi bələkdə olanda başlayıb. Belə ki, “Podnataya Selina” adlı tamaşada körpə obrazını canlandırması üçün onu qucaqda səhnəyə çıxarıblar. Artıq 10 yaşında olanda ciddi rol – “Zülmətin hakimiyyəti” tamaşasında Anyutka rolunu oynayıb. Uşaqlığında Darya baytar işləməyi arzulasa da, orta təhsil haqda attestatı əlinə aldıqdan sonra, valideynlərinin yolunu davam etdirməyə, aktrisa olmağa qərar verib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0538710/bio?ref_=nm_ov_bio_sm