İrina Saltikova

İrina Saltikova

Aktrisa, müğənni

BİOQRAFİYA

İrina İvanovna Saltıkova 5 may 1966-cı ildə Tula vilayətinin Don şəhərində (Rusiya) anadan olub. 1986-cı ildə gələcək həyat yoldaşı Viktor Saltıkovla tanış olub. Sonuncu həmin vaxt “Forum” qrupunun solisti idi. 1988-ci ildə həyat yoldaşı Viktor Saltıkovla birlikdə diskotekada “Miraj” qrupunun rəhbəri ilə tanış olurlar; Natalya Vetliskinin gedişindən sonra qrup rəhbəri ona əvəz axtarırdı və beləcə Saltıkovaya qrupun solisti olmağı təklif edir. Məşqlərdən sonra gözəl bədən quruluşu və səsi olan İrinanın boşluğu doldura biləcəyinə əmin olur. Beləcə Saltıkova Sızrana ilk qastrol səfərinə yollanır. Ancaq qızı Alisa xəstələndiyindən İrina qastrolu yarımçıq qoyaraq Moskvaya geri dönür. Qastrolun pozulmaması üçün Tatyana Ovsienkonu dilə tutaraq onun əvəzinə səhnəyə çıxarıblar. Kollektivdə Saltıkova cəmi altı ay çalışıb. Rusiyada solo müğənni kimi şöhrət qazanıb. Həmçinin “Qardaş 2” filmində kameo rolu oynaması ilə məşhurdur. 2016-cı ildə “Qardaş 2: 15 il sonra” adlı konsertin aparıcısı olub. Konsertdə “Qardaş 2” kult filmindən məşhur soundtreklər ifa olunub. Şəxsi həyatına gəlincə, Viktor Vladimiroviç Saltıkov. Sovet müğənnisi və bir sıra qrupların solisti olan Viktorla 1995-ci ilə qədər evli olub. Onların bu  nikahdan 1987-ci il təvəllüdlü Alisa adlı qızları var. Alisa Viktorovna Saltıkova müğənnidir. Hazırda Londonda yaşayır və müxtəlif klublarda çıxış edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%BB%D1%82%D1%8B%D0%BA%D0%BE%D0%B2%D0%B0,_%D0%98%D1%80%D0%B8%D0%BD%D0%B0_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç