Viktor Suxorukov

Viktor Suxorukov

Aktyor

BİOQRAFİYA

Viktor İvanoviç Suxorukov – sovet və rusiyalı teatr/kino aktyorudur. 10 noyabr 1951-ci ildə Moskva vilayətinin Orexovo-Zuyevo şəhərində dünyaya göz açıb. Uşaqlığında başına yaylıq taxdığına görə “Babuşka Şoşo” ləqəbi olub. 1970-ci ildə orta məktəbi bitirib. Həqiqi hərbi xidməti Həştərxan vilayətində, Kapustin-Yarda keçib. Əsgərlikdən qayıtdıqdan sonra bir neçə il Orexovo-Zuyevo tikiş fabrikində çalışıb. 1974-1978-ci illərdə Rusiya Teatr Sənəti İnstitutunda oxuyub. Ali məktəbi bitirdikdən sonra Pyotr Fomenkonun dəvəti ilə Leninqrada yollanıb, N.P.Akimov adına Komediya Teatrına qəbul olunub. Vasili Belovun pyesi əsasında qoyulmuş “Dobro, ladno, xoroşo” tamaşasında baş rolda səhnəyə çıxıb. 1982-ci ildə spirtli içki düşkünlüyünə görə truppanın sıralarından qovulub və yarım ilə yaxın iş tapa bilməyib. Nəticədə uzun müddət işsiz, avara gəzib, dolanmaq üçün fəhlə, qabyuyan, çörəkçi işləyib. Sonda özündə güc taparaq aktyorluğa qayıdıb, Leninqradda bir neçə teatr dəyişib. Və yenidən Komediya teatrının truppasına qoşulub. 1986-cı ildə "Lenin Komsomolu" adına Leninqrad Dövlət Teatrına qəbul olunub. 1980-ci illərində sonlarında ona faktiki olaraq kinoda tələbat olmayıb. Aktyorun karyerasında “ikinci nəfəs"i 1989-cu ildə açılıb. Belə ki, rejissor Yuri Mamin onu “Bakenbardlar” fars-komediyasında əsas rollardan birinə dəvət edir. Film kifayət qədər uğurlu olur və rejissor Aleksey Balabanov onunla maraqlanmağa başlayır. A.Balabanov Suxorukova Semüel Bekketin əsərinin motivləri əsasında “Xoşbəxt günlər” filminə çəkilməyi təklif edib. Suxorukov müsahibələrində də Balabanovun onun bugünki səviyyəyə çatmasında müstəsna rol oynadığını etiraf edir. 1997-ci ildə ekranlarada Aleksey Balabanovun “Qardaş” kriminal dramı çıxıb. Yaratdığı mənfi obraz tənqidçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Bir neçə ildən sonra isə filmin Amerikada çəkilmiş sikvelində (“Qardaş 2”) eyni obrazı canlandırıb. Ekran əsəri Rusiya kinematoqrafiyasının kult filminə çevrilib. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%83%D1%85%D0%BE%D1%80%D1%83%D0%BA%D0%BE%D0%B2,_%D0%92%D0%B8%D0%BA%D1%82%D0%BE%D1%80_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç