Vyaçeslav Butusov

Vyaçeslav Butusov

Bəstəkar, aktyor

BİOQRAFİYA

Vyaçeslav Gennadyeviç Butusov – sovet və rusiyalı rok musiqiçi, “Nautilus Pompilius” rok-qrupunun solisti, yazıçı, bəstəkar, memar və ictimai xadimdir. Butusov 15 oktyabr 1961-ci ildə Krasnoyarsk şəhərində anadan olub. Atasının peşəsi ilə əlaqədar ailəsi tez-tez yaşayış yerini dəyişib. 9-cu sinifdə oxuyana qədər Sibirin müxtəlif şəhərlərində yaşayıb. O,  institut illərində Dmitri Umetski ilə dostlaşır və “Pereyezd” (1983) adlı albom buraxır. Daha sonra birlikdə “Nevidimka” adlı ilk peşəkar albomlarını yazırlar. “Nautilus Pompilius”la yanaşı, dostlar həm də “Step” qrupunun tərkibində birgə çıxış ediblər. Rusiyada “Most” (1999) adlı solo debüt albomu ilə məşhurlaşıb. Həmçinin, “Qardaş” kriminal filminə yazdığı saundtreklərlə rusiyalıların sevimlisinə çevrilib. “Qardaş” filmində həm də epizodik rolda çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D1%83%D1%82%D1%83%D1%81%D0%BE%D0%B2,_%D0%92%D1%8F%D1%87%D0%B5%D1%81%D0%BB%D0%B0%D0%B2_%D0%93%D0%B5%D0%BD%D0%BD%D0%B0%D0%B4%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Bəstəkar
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç