Sergey Selyanov
Prodüser, ssenarist
Sergey Mixayloviç Selyanov - rusiyalı kinorejissor, ssenarist və prodüserdir. “STV” kinoşirkətinin rəhbəridir. “Melnitsa” animasiya kinostudiyasının təsisçisidir. 21 avqust 1955-ci ildə Olonets (Rusiya) şəhərində anadan olub. 1972-1975-ci illərdə Tula Politexnik İnstitutunda oxuyub, orada həvəskarlar üçün yaradılmış kinostudiyada ilk filmlərini çəkib. 1980-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun ssenaristlik fakültəsini bitirib. 1989-cu ildə həmin təhsil ocağında ssenarist və rejissorluq üzrə ali kurslarda iştirak edib. Debüt tammetrajlı filmi 1980-ci ildə Nikolay Makarovla birgə çəkdiyi “Mələk günü” filmidir. Ümumiyyətlə, 40-dan çox bədii və sənədli filmin prodüseri olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B5%D0%BB%D1%8C%D1%8F%D0%BD%D0%BE%D0%B2,_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B9_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B9%D0%BB%D0%BE%D0%B2%D0%B8%D1%87