Hazar Ergüçlü

Hazar Ergüçlü

Aktrisa

BİOQRAFİYA

Hazar Ergüçlü – türkiyəli aktriasdır. 3 may 1992-ci ildə Kiprin Nikosiya şəhərində anadan olub. Uşaqlığından bəri hazırcavab və zirəkliyi ilə seçilib, qarşısına qoyduğu məqsədləri layiqincə yerinə yetirib. Elə aktrisalıq sənətini özünə peşə seçməsi də təsadüfi olmayıb. Atası yerli jurnallardan birində redaktor işləyib, anası telekanalda menecer olub. Valideynləri onu təhsil almaq məqsədilə Amerikaya yollasalar da, Hazar hüquqşünas ixtisası üzrə təhsili davam etdirməkdən imtina edib və aktrisa olmaq istədiyini bildirib. Ata-anası onun bu arzusunu gerçəkləşdirməsinə hər hansı əngəl yaratmayıb və beləliklə, o, İstanbulu “fəth etməyə” yollanıb. Orada aktyorluq kurslarına gedib və teatrda peşəkar fəaliyyətinə başlayıb. Tezliklə Hazara böyük kinodan təkliflər gəlib. “Kölkəglər və simalar” adlı filmdə Ruhsan rolunda debütünü gerçəkləşdirib. Aktrisanın ən əlamətdar rollarından biri “Kuzey Güney” serialında Simay roludur. Kino ilə yanaşı reklam çarxlarına aktiv şəkildə çəkilir, müxtəlif brendlerin reklam kampaniyalarında iştirak edir. Şəxsi həyatına gəlincə, gözəl bədən quruluşuna malik Hazar asudə vaxtını evdə keçirməyi və ya rəfiqələri ilə gəzintiyə çıxmağı sevir. Sevgi həyatını mətbuatdan gizli saxlayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Hazar_Erg%C3%BC%C3%A7l%C3%BC

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç