Ayça Bingöl
Aktrisa
Ayça Bingöl – türkiyəli aktrisadır. 16 yanvar 1975-ci ildə İstanbulda (Türkiyə) anadan olub. 1998-ci ildə Ayça İstanbul Dövlət Konservatoriyasını bitirib. Orada teatr fakültəsinin məzunu olub. 1996-cı ildən peşəkar aktrisalıq fəaliyyətinə Dormen teatrında başlayıb. 1998-ci ildən 2000-ci ilə kimi “Fora” teatrında qonaq aktrisa olub. “Üzüklərin hökmdarı” , “Madaqaskar”, “Buz dövrü” və digər Hollivud blokbasterlərinin türk dilinə dublajında iştirak edib. 2007-2008-ci illərdə Duru Teatrının “Mənim bir Pikassoya ehtiyacım var” adlı tamaşasında iştirak edib. 2008-2009-cu illərdə “Nehrin solgun yüzü” tamaşasında səhnəyə çıxıb. Şəxsi həyatına gəlincə 2001-ci ildə teatr aktyoru, rejissor Əli Altuğa ərə gedib. 15 ildən sonra 2016-cı ildə onların Lela və Alyin adlı əkiz qızları olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teka.com/actors/3469-biografiya-aycha-bingel-ayca-bingol-tureckaya-aktrisa.html