Kassandra Peterson

Kassandra Peterson

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Kassandra Peterson — amerikalı aktrisadır. Kassandra 17 sentyabr 1951-ci Manhetten şəhərciyində (Kanzas ştatı, ABŞ) anadan olub. Elvira-zülmət hökmdarı obrazı ilə tanınıb. Ailəsi ilə birlikdə Kolorado-Sprinqsə köçür və 1969-cu ildə orta məktəbi bitirir. Həmin ili Las-Veqasa köçərək “The Dunes” kazinosunda çıxış etməyə başlayır. Kassandra Las-Veqas tarixində ən gənc şou-girl kimi Ginnesin rekordlar kitabına düşür. 1971-ci ildə Ceyms Bond haqqında “Brilliantlar həmişəlik” filmində epizodik rolda çəkilib. “I Latins Ochanats” məşhur rok qrupu ilə çıxış edib. Oradaca da Federiko Fellini ilə tanış olub və onun “Roma” (1972) filmində kiçik rol alıb. ABŞ-a döndükdən sonra ölkəni qarış-qarış dolaşaraq gecə klublarında Mammas Boys musiqili komediya şousu ilə çıxış edib. 1979-cu ildə Los-Ancelesin “The Groundlings” improvizə trupasına qatılır. Nəticədə Elvira obrazı yaranır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%82%D0%B5%D1%80%D1%81%D0%BE%D0%BD,_%D0%9A%D0%B0%D1%81%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%B0

FİLMOQRAFİYA
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç