Hazal Kaya

Hazal Kaya

Aktrisa

BİOQRAFİYA

Hazal Kaya — Türkiyə aktrisası. Hazal Kaya 1 oktyabr 1990-cı ildə Qaziantepdə hüquqşünas ailəsində dünyaya gəlib. Aktrisa İstanbuldakı İtalyan məktəbində təhsil alıb. Valideynlərin təkidi ilə balet, rəqs məktəbinə gedib, skripka ilə məşğul olub. Türk, ingilis, italyan dillərini bilir. Dördüncü dil olaraq alman dilini öyrənməyə başlayır. Tələbə olduğu illərdə reklam çarxlarında və jurnalların üz qabığına çəkilir. 2006-cı ildə "Acemi Cadı" və 2007-ci ildə "Genco" adlı seriallarına dəvət alır, lakin onu əsl mənada məşhur edən Halit Ziya Uşaklıgilin eyniadlı romanının motivləri əsasında çəkilən “Aşk-ı Memnu” serialı oldu. Bu serialda canlandırdığı Nihal Ziyagil rolu ilə 2008-2010-cu illəri arasında nəinki Türkiyədə, eyni zamanda xaricdə məşhurlaşdı. 14 yanvar 2011-ci ildə Show TV-də yayımlanan "Adını Fəriha qoydum" serialında baş rolda çəkilir. 2019-cu ildə Ali Ata ilə evlənib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kinoturkey.ru/tureckie-aktrisy/2865-hazal-kaya.html

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç