Kim Ci-Un
Rejissor, ssenarist, prodüser
Kim Ci-Un – cənubi-koreyalı kinorejissor və ssenaristdir. Müasir Koreya kinematoqrafiyasının aparıcı simalarından sayılır. 27 may 1964-cü ildə Seulda anadan olub. “Sakit ailə” (1998) adlı ilk filmini çəkənə qədər uzun müddət teatr rejissoru və aktyoru kimi fəaliyyət göstərib. “Sakit Ailə” filmi Portuqaliyada “Fantasport” festivalının qalibi olub. Növbəti əlamətdar rejissor işi “İki bacının hekayəsi” adlı triller olub. Ekran əsəri Koreyada çoxsaylı mükafatlar qazanıb. Ardınca neonuar filmi “Şirin və acı günlər” (2005) və “Yaxşı, pis və gicbəsər” (2008) vestern-parodiyası çıxıb. Sonuncu dünya kassaları üzrə 40 milyondan çox gəlir gətirib. 2010-cu ildə lentə aldığı “Mən İblisi gördüm” adlı trilleri Cənubi Koreyanın kult filmlərindən birinə çevrilib. 2013-cü ildə Arnold Şvarsnegerin baş rolda iştirakı ilə “Qəhrəmanın qayıdışı” döyüş filmini lentə alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B8%D0%BC_%D0%A7%D0%B6%D0%B8_%D0%A3%D0%BD