Li Bön-Hon

Li Bön-Hon

Aktyor

BİOQRAFİYA

Li Bön-Hon – cənubi-koreyalı televiziya və kino aktyorudur. 12 iyul 1970-ci ildə Seulda anadan olub. Atası biznesmendir, kiçik bacısı 1997-ci ildə “Miss Koreyası”gözəllik müsabiqəsinin qalibi olub. Hanyan Universitetində fransız ədəbiyyatı üzrə ali təhsil alıb. Daha sonra “Teatr və kino” ixtisası üzrə Çunan Universitetini bitirib. 1991-ci ildə KBS telekanalının istedad axtarışı ilə bağlı keçirdiyi kastinqlərdə uğur qazanmaqla karyerasına start verib, “Asphalt My Hometown”  teleserialında debüt edib. Böyük ekranlarda debütünü isə 1995-ci ildə “Asphalt Man” və “The Harmonium in My Memory” filmlərində gerçəkləşdirib. Karyera yüksəlişi “Birləşmiş təhlükəsizlik zonası” filminin böyük ekranlara yol tapmasından sonra başlayıb. Ekran əsəri böyük kommersiya uğuruna imza atıb və çıxdığı il ölkənin ən çox baxılan filmlərindən birinə çevrilib. Həmin filmdə oynadığı rola görə ən yaxşı kişi rolu nominasiyasında Busan Film Critics Awards mükafatına layiq görülüb. Bundan başqa “Hər kəsin sirləri var” (2004), “Acı və şirin günlər” (2005), “Yaxşı, pis və gicbəsər” (2008), “Gİ.Joe: Qisas”,  “Gİ.Joe: Qisas 2”, (2013), “RED 2” (2013), “Terminator: Genezis” (2015) kimi blokbasterlərdə çəkilib. 10 avqust 2013-cü ildə aktrisa Li Min Çjonla ailə qurub. Cütlüyün Li Cun Ho (31.03.2015) adlı oğlu var. Aktyor poliqlot olması ilə seçilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lee_Byung-hun

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç