Şatruqhan Sinha

Şatruqhan Sinha

Aktyor

BİOQRAFİYA

Şatruqhan Sinha – hindistanlı aktyor və siyasətçidir. Şatruqhan 9 dekabr 1945-ci ildə Hindistanın Patna şəhərində (indiki Bihar ştatı) anadan olub. Ailəsi Kayastha kastasına aid olub. Evin dörd oğulundan biri olub. Patna elmi kollecində oxuyub, daha sonra Hindistanın Puna şəhərində yerləşən Kinematoqrafiya və Televiziya Universitetini bitirib. Məzun olduqdan sonra Mumbay şəhərinə köçüb. Kinokaryerası 1969-cu ildən etibarən başlayıb. Debüt rolu “Sajan” filmində müfəttiş rolu olub. Ardınca Dev Anandın “Prem Pujari” filminə çəkilib. Ekran əsərinin böyük ekranlarda nümayişi bir neçə dəfə ertələnsə də, sonra Hindistan kinematoqrafiyasının klassik filmlərindən birinə çevrilə bilib. Şatruqhan “Mere Apne” filmi işıq üzü görənə qədər yalnız epizodik və ikinci dərəcəli rollar oynayıb. 1976-cı ildə “Kalicharan” filmində baş rolu oynayıb. Sözügedən film il ərzində kinoteatr nümayişindən əldə olunan gəlirlərə görə ən xeyirli 7-ci film olub. 2000-ci illərdə Şatruqhan nadir hallarda ekranlarda görüntülənib. Son rollarından biri “Qanlı saqa” filmində Konda Şivaci Rao rolu olub. Şəxsi həyatına gəlincə keçmiş “Miss Hindistan” titulunun daşıyıcısı Punamla (qızlıq soyadı Çandiramani) evlidir. Cütlüyün üç övladı var. Qızı Sonakşi onun yolunu gedərək, uğurlu aktrisa olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B8%D0%BD%D1%85%D0%B0,_%D0%A8%D0%B0%D1%82%D1%80%D1%83%D0%B3%D1%85%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç