Bric Sadanah

Bric Sadanah

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA
Bricmohan Sadanah - rejissor, ssenarist və prodüserdir. 6 oktyabr 1933-cü ildə Pakistanın Pəncab bölgəsinin Qucranvala şəhərində anadan olub. Kinematoqrafiyada daha çox "Bric" adı ilə tanınır. Hind kinosunun veteran prodüser və rejissoru sayılır. 1960-70 və 80-ci illərdə böyük kassa gəliri götürmüş "Qədim məbədin xəzinəsi" (Taqdeer), "Do Bhai", "Yeh Raat Phir Na Aayegi", "Ustadon Ke Ustad", "Night in London", "Victoria No. 203", "Chori Mera Kaam", "Ek Se Badhkar Ek", "Yakeen" kimi filmlərin rejissoru kimi məşhurlaşıb. Sonuncu uğurlu filmi "Mardon Wali Baat" olub. Bric 21 oktyabr 1990-cı ildə Mumbayda faciəvi şəkildə dünyasını dəyişib. Oğlunun ad gününə təsadüf edən gündə həyat yoldaşını və qızını qətlə yetirib, sonra isə özünü güllələyərək həyatına son qoyub. Sağ qalan oğlu Kamal Sadanah hind aktyoru, rejissoru və prodüseridir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Brij_Sadanah
FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç