Ceyn Qrir

Ceyn Qrir

Aktrisa

BİOQRAFİYA

Ceyn Qrir – amerikalı aktrisadır. Betticeyn Qrir 1924-cü ildə Vaşinqton şəhərində anadan oolub. 15 yaşında olanda iflic keçirib, nəticədə üzünün sol yarısı hərəkətsiz vəziyyətə gəlib. Uzun sürən reabilitasiya kursundan sonra xəstəliyə qisminən qalib gəlsə də, bu onun karyerasına təsirsiz ötüşməyib. Aktrisanın son dərəcə müəmmalı sakit siması bir çox rejissorların diqqətini çəkib, o “RKO” kinostrudiyasının reklam kampaniyalarının simasına çevrilib. Qeyri-adi üz cizgilərinə görə, onu  “Mono Liza təbəssümlü qadın” adlandırıblar. 1942-ci ilin iyul ayında şəkli “Life” jurnalının üz qabığında dərc olunub. Bu onun Hollivuda aparan yolunun qapılarını açıb. Hyuz “RKO” studiyasında ilk addımlarını atan aktrisa kimi işə düzəlib. 1945-ci ildə kinodebütü baş tutub. Növbəti beş il ərzində Ceyn Qrir “Dik Treysi” (1945), “Sindbad” (1947), “Mənə inanmayacaqlar” (1947), “Vest stansiyası” (1948), “Böyük yalan” (1949) kimi onlarla filmə çəkilib. Populyarlığı ona “Keçmişdən” adlı nuar filmində oynadığı rol gətirib. Həmçinin “O qətl yazıb”, “Kolombo” və digər serialların çəkilişində iştirak edib. Aktrisa 2001-ci ilin avqust ayında Los-Ancelesdə xərçəngdən vəfat edib. Kinoindustriyaya verdiyi töhfələrə görə Hollivudun şöhrət xiyabanında adına ulduz lövhəsi qoyulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B8%D1%80,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BD
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç