Valter Slezak

Valter Slezak

Aktyor

BİOQRAFİYA

Valter Slezak  - avstriyalı və amerikalı kinoaktyordur. ABŞ-da Uolter Slezak adı ilə tanınır. 3 may 1902-ci ildə anadan olub. 1920-ci illərdə Almaniyada kinokaryerasına qədəm qoyub, 1930-cu illərdən sonra ABŞ-da kino, teatr və televiziya aktyoru kimi fəaliyyət göstərib. 1922-ci ildən etibarən kinofilmlərə çəkilib. Böyük ekranlarda daha çox “arıq və yaraşıqlı, romantik baş qəhrəmanları canlandırıb. Ancaq 1930-cu illərdən etibarən çəkisi artdığından daha çox ikinci plan rollar oynayıb. Ən yaxşı filmləri “Mixael” (1924) melodramı, “Bu torpaq mənimdir” (1943) hərbi dramı, “Xilasedici qayıq”(1944) hərbi trilleri sayılır. Bundan başqa “Nə vaxt yenidən görüşəcəyik” (1944), “Şahzadə və dəniz qulduru” (1944) macəra komediyası, “Küncə dirənmiş” (1945) nuar filmi, “anadangəlmə qatil” (1947), trilleri , “Dəniz qulduru” (1948) macərə komediyası, “Revizor” (1949) komediyası, “Tez gəl sentyabr” (1961) filmində oynadığı rolları ilə tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BB%D0%B5%D0%B7%D0%B0%D0%BA,_%D0%92%D0%B0%D0%BB%D1%8C%D1%82%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç