Duqlas Ferbenks kiçik

Duqlas Ferbenks kiçik

Aktyor

BİOQRAFİYA

Duqlas Ferbenks-kiçik – amerikalı kinoaktyor və kinoprodüserdir. İkinci dünya müharibəsi qəhrəmanıdır, ABŞ hərbi dəniz qüvvələri kapitanı olub. Müxtəlif ölkələrin bir neçə orden və medalının sahibi olub. “Dəniz çəyirtkələri” xüsusi bölməsinin yaradıcısı olub. Duqlas Elton Ulman Ferbenks kiçik 9 dekabr 1909-cu ildə Nyu-Yorkda, tanınmış aktyor Duqlas Ferbenks-böyük ailəsində anadan olub. 9 yaşında olanda valideynləri boşanıb. Atasının əlaqələri sayəsində artıq yeddi yaşından epizodik rollara çəkilib. Debütü  “Amerika aristokratiyası” filmində baş tutub. 12 yaşında olanda “Üç muşketyor” lentindən ikinci plan rol oynayıb. 1925-ci ildən etibarən mütəmadi olaraq filmlərə çəkilib. Pasaden Politexnik institutunun və Harvarda hərbi akademiyasının məzunudur. 1936-cı ildə ilk dəfə “Centelmen-diletant” filminin yaradılmasında özünü prodüser ampluasında sınaqdan keçirib. 16 il ərzində 15 film və 72 serial epizodunun prodüseri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D1%8D%D1%80%D0%B1%D0%B5%D0%BD%D0%BA%D1%81,_%D0%94%D1%83%D0%B3%D0%BB%D0%B0%D1%81_(%D0%BC%D0%BB%D0%B0%D0%B4%D1%88%D0%B8%D0%B9)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç