Ceremi Sems - britaniyalı teatr rejissoru, drammaturq, yazıçı, nəğməkar şair, tərcüməçi, orkestrator, səs rejissoru və kino bəstəkarıdır. 12 yanvar 1957-ci ildə İngiltərənin London şəhərində anadan olub. Böyük Britaniya vətəndaşıdır. Atası Şekspirşünas və musiqişünas alim Erik Sems olub. Musiqi, fransız dili və alman dilini Maqdalen kollecində (Kembric) öyrənib. Fortepiano və solveciya dərslərini isə Qidhal Musiqi məktəbində alıb. Karyerasının əvvəlində frilanser pianoçu və repetitor (Brüssel və Ankarada) kimi fəaliyyət göstərib. Aktrisa Maria Fridmenlə vətəndaş nikahından bir övladı var. Böyük kinoda daha çox "İlk Gecə" (First Night, 2010), "Təmkinli sevgi" (Enduring Love, 2004), "Əmi qızı Reyçel" (My Cousin Rachel, 2017) filmlərinə bəstələdiyi musiqiyə görə tanınır. IMDB məlumat bazasına görə, 2019-cu ilə kimi 9 film və serialın bəstəkarı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0760255/