Riçard Nelson

Riçard Nelson

Ssenarist

BİOQRAFİYA
Riçard Nelson - amerikalı drammaturq və ssenaristdir. "Ceyms Coys sağdır" pyesinin (1999) və "Hudzonda Hayd Park" kitabının müəllifi kimi məşhurdur. Birincinin motivləri əsasında qoyulmuş müziklı "Toni" mükafatı qazanıb. Riçard Nelson 17 oktyabr 1950-ci ildə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində dünyaya göz açıb. Anası rəqqasə, atası hesablama sistemləri üzrə analitik və satış təmsilçisi olub. Uşaqlığı Filadelfiyanın şəhər kənarında keçib. Həmçinin ailəsi bir müddət Detroyt ətrafında olan qəsəbələrin birində yaşayıb. 1972-ci ildə Hemilton Kollecini bitirib. 2004-cü ildə eyni təhsil ocağında ingilis dili ədəbiyyatı üzrə fəxri doktor adını qazanıb. 1972-ci ildən Bler Valdorf Beykonla evlidir. İki övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Richard_Nelson_(playwright)
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç