Lesli-Enn Daun
Aktrisa, ssenarist
Lesli Enn Daun — britaniyalı aktrisa, müğənni və modeldir. 17 mart 1954-cü ildə anadan olub. Daun on beş yaşında ikən Böyük Britaniyanın ən gözəl yeniyetməsi seçilib. “Pilləkanla yuxarı və aşağı” (1973-75) teleserialındakı rolu ilə tanınıb. “Çəhrayı panteradan yeni zərbə” (1976), “Balaca gecə serenadası” (1977), “Qatarın böyük qarəti” (1979), “Qannover strit” (1979), “Sfinks” (1981) və “Avaralar” (1986) filmlərindəki rolları ilə məşhurlaşıb. “Şimal və Cənub” mini serialında Medlin Febre LaMott rolunu oynayıb. Həmin rola görə 1986-cı ildə “Qızıl qlobus” mükafatına namizəd olub. Karyerasının son dönəmlərində “Dallas” serialında Stefani Rocers rolunda çəkilib. “Sanset Biç sirrləri və məhəbbəti” və “Məğrur və gözəllə” seriallarında rol alıb.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D1%83%D0%BD,_%D0%9B%D0%B5%D1%81%D0%BB%D0%B8-%D0%AD%D0%BD%D0%BD