Luna Loren Velez

Luna Loren Velez

Aktrisa, prodüser

BİOQRAFİYA

Loren Veles — puerto riko əsilli amerika aktrisasıdır. 2 noyabr 1964–cü ildə Bruklin şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Loren Velesin əkiz bacısı aktrisa Loreyn Velesdir. “Dekster” teleserialında Mariya LaQuerta rolu ilə tanınıb. Loren Veles 2 noyabr 1964-cü ildə Bruklində anadan olub. Loren və əkiz bacısı Loreyn ailədə səkkizinci və doqquzuncu uşaq olublar. Qızlar uşaq yaşlarından aktrisa olmaq istəyib. Loren ilk dəfə ikinci sinifdə səhnəyə çıxıb. Böyük siniflərdə artıq Alvin Ailey rəqs məktəbinin təqaüdünün alıb. Bu ona “Arzuların qızları” müziklında çıxış etməyə imkan verdi. 1994-cü ildə “Nyu-York nəzarət altında” polis dramında çəkilib. İlk dəfə 2006-cı ildə “Serial” filmindəki ikinci dərəcəli roluna görə kinofestivalda mükafat alıb. “Dekster”, “Medium”, “Güclü dərman”, “Qanun və qayda”, “Zülmət şəbəkəsi” , “Xəyal həbsxanası”, “Riyakar”, “Qatilin profili”, “Sehrli aləm”, “Əntər” seriallarının epizodlarında çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B5%D0%BB%D0%B5%D1%81,_%D0%9B%D0%BE%D1%80%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç