Rouz MakQoun

Rouz MakQoun

Aktrisa, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Rouz Arianna MakQouen – irland-fransız əsilli amerikalı aktrisa, rejissor, müğənnidir. Daha çox “Tilsimlənmişlər” serialında Peyc Metyüz rolu ilə məşhurdur. 2001-2006-cı illərdə serialın aktyor heyətində yer alıb. 2005-ci ildə “Elvis” biqrafik mini serialında Enn-Marqret rolunu oynayıb. Sözügedən serial çoxsaylı mükafat və nominasiyalar qazanıb. Rouz bundan savayı “DOOM nəsli”, “Qışqırıq”, “Qrayndhaus”, “Qətl kraliçaları”, “Əlli meyit”, “Konan” və “Qorxu planeti” kimi filmlərdə canlandırdığı obrazlarla yadda qalıb. Kinoda debütü 1992-ci ildə “Ensinodan olan oğlan” filmində baş tutub. 1995-ci ildə isə “DOOM nəsli” filmində oynadığı rolla kinotənqidçilərin rəğbətini qazanıb, həmin rolun sayəsində “Müstəqil ruh” mükafatına namizəd olub. Bir il sonra “Qışqırıq” kult qorxu filminə çəkilib. 1998-1999-cu illərdə “Bebe” geyim brendinin rəsmi siması olub. MakQouen doxsanların böyük hissəsini çəkiliş meydançalarında keçirib, başlıca olaraq qeyri-adi xasiyyətli, çılğın, ekstravaqant qadın obrazları canlandırıb. 1999-cu ildə “Qətl kraliçaları filmində oynadığı rol ona “ən yaxşı mənfi qadın obrazı” nominasiyasında MTV Movie Awards mükafatına nominasiya qazandırıb. 2001-ci ildə “Tilsimlənmişlər” serialında Peyc Metyuz roluna dəvət olunaraq Şennen Doertini əvəz edib. 2005-ci ildə həmin rola görə “Ən yaxşı bacı” nominasiyasında MTV Movie Awards mükafatını qazanıb. Serialın çəkilişləri 2006-cı ildə başa çatıb. 2007-ci ildə MakQouen Kventin Tarantino və Robert Rodrigesin “Qrayndhaus”, “Ölümə davamlı” (Death proof) və “Qorxu planeti” filmlərinə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D0%B3%D0%BE%D1%83%D1%8D%D0%BD,_%D0%A0%D0%BE%D1%83%D0%B7

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç