Rey Uayz

Rey Uayz

Aktyor

BİOQRAFİYA

Reymond Herbert (Rey) Uayz 20 avqust 1947–ci ildə anadan olub. “Tvin Piks” teleserialında Liland Palmer, “Robot Polis” filmində Leon Neş, “Biçinçi” filmində iblis rolu ilə tanınıb. 60-cı illərin sonu 70-ci illərin əvvəllərində “Həyat eşqi” sabun operasında hüquqşünas Ceymi Rollinz rolunu ifa edib. 1982-ci ildə eyniadlı komikslər əsasında çəkilən “Swamp Thing” filmində Alek Holland rolunda çəkilib. “Tvin Piks” kult serialından savayı Uayz bir neçə elmi-fantastik filmlərdə çəkilib. “Yarış” filmində milyonçu Dalton Voss rolunu ifa edib. “Cipers Kripers 2” fimində Cek Taqqart-böyük rolunda çəkilib. Command & Conquer: Red Alert 2 kompüter oyununda və onun Command & Conquer: Yuri's Revenge addonunda Birləşmiş Ştatların prezidenti Maykl Duqanı canlandırıb. 2008-ci ildə “Tim and Eric Awesome Show, Great Job1” serialının epizodlarından birində iştirak edib. 2011-ci ildə “İks adamlar: Birinci sinif” və “Havay 5.0” filmlərində çəkilib. Rejissor Viktor Salvanın “Rozvud Leyn” qorxu filmində detektiv Briqs rolunda görünüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B0%D0%B9%D0%B7,_%D0%A0%D1%8D%D0%B9

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç