Viktor Salva

Viktor Salva

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Viktor Ronald Salva — amerikalı kinorejissordur. Daha çox qorxu filmlərinə üstünlük verir. 29 mart 1958-ci ildə San-Fransiskonun Martines şəhərciyində anadan olub. Uşaqlıqda qorxu filmlərini, xüsusən “Dişlər” filmini sevir. Hələ məktəbli ikən 22 qısa film çəkib. 18 yaşında Viktorun homoseksual olduğunu bilən valideynləri onu evdən qovur. 1986-cı ildə Something in the Basement filmini çəkir. Bununla Frensis Ford Koppolanın diqqətini cəlb edir. Koppola Salvanın növbəti “Klounları evi” filmini maliyyələşdirməyə yardım edib. Filmin çəkilişləri zamanı 12 yaşlı aktyor Neytan Uintersi cinsi təkliflər etməkdə təqsirli bilinib. Həbs olunaraq üç il azadlıqdan məhrum olub. 15 ay həbsdə qalan Salva şərti cəza alaraq azadlığa çıxır. Məhbusluq həyatı onun karyerasına mənfi təsir göstərdi. Azadlığa çıxan Salva uzunmüddət rejissor kimi çalışa bilmədi. Yalnız “Cipers Kripers” filmindən sonra rejissor məşhurlaşa bilib. Ardınca filmin ikinci və üçüncü hissələrini çəkib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%BB%D1%8C%D0%B2%D0%B0,_%D0%92%D0%B8%D0%BA%D1%82%D0%BE%D1%80

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç