Cuzeppe Bertoluççi

Cuzeppe Bertoluççi

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Cuzeppe Bertoluççi 27 fevral 1947-ci ildə Parmada (İtaliya) anadan olub. İtaliyalı kinorejissor, dramaturq və yazıçıdır. Şair Attilio Bertoluççinin oğlu və Bernardo Bertoluççinin kiçik qardaşıdır. Kino sahəsində ilk dəfə “Hörümçəyin strategiyası” (1970) filmində rejissor assistenti və prodüser kimi çalışmağa başlayıb. Rejissor kimi “Get və gəl” (1972) filmi ilə debüt edib. Televiziyada “Kino əlifbası” (1975) sənədli “Xoşbəxtlik yoxdursa” (1976) bədii filmini çəkib. “İyirminci əsr” (1976) tarixi eposunun ssenari müəllifidir. Artıq peşəkar rejissor kimi Bertoluççi “Yox olmuş əşyalar” (1979) və “Sirlər, sirlər” (1984), “Qəribə həyat” (1987), “Dəvələr” (1988) filmlərini ərsəyə gətirib. 1986-cı ildə  “Bütün Benini” filmini çəkib. Televiziyada “Çirkli paltarlar” (1980: İtaliya kommunist partiyası patronajı altında film araşdırma), “Daxili effektlər” (1983), “Necə və niyə” (1987), “Oyun kimi həyat-2” (1992) filmləri üzərində çalışıb. Eyni zamanda prodüser kimi çalışıb. 16 iyun 2012-ci Dizoda vəfat edib.

 
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D1%80%D1%82%D0%BE%D0%BB%D1%83%D1%87%D1%87%D0%B8,_%D0%94%D0%B6%D1%83%D0%B7%D0%B5%D0%BF%D0%BF%D0%B5

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç