Laura Betti

Laura Betti

Aktrisa, ssenarist, rejissor

BİOQRAFİYA

Laura Betti — italiyalı aktrisadır. Əsl soyadı — Trombettidir (ital. Trombetti). Kabare aktrisası, caz müğənnisi kimi çalışıb. 25 yaşında Roma kabarelərinin ulduzu adını alıb. İlk dəfə rejissor Federiko Fellini “Şirin həyat” (müğənni 1960) filmində çəkilib. Laura Betti yazıçı Alberto Moravia vasitəsilə şair Pyer Paolo Pazolini ilə tanış olur. Betti Pazolinin qəlbini fəth edən yeganə qadın olub. Ömrünün axrına kimi yaxın dost olublar. Roberto Rosselini, Marko Bellokkyo, Mikloşa Yanço, Ettore Skola, Anyes Varda, Jan Mari Ştrauba, Mario Moniçelli kimi dahi rejissorların filmlərində çəkilib. Rejissorlar Jak Dere Mario Bavanın kommersiya filmlərində çəkilib. Onun “İyirminci əsr” (1976) məşhur kinoepopeyasında maniaklığa meyilli zalım faşist qadın Regina rolunda çəkilib. Bu onun karyerasında ən uğurlu işi hesab olunur.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D1%82%D1%82%D0%B8,_%D0%9B%D0%B0%D1%83%D1%80%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç