Con Lounsberi

Con Lounsberi

Rejissor

BİOQRAFİYA

Con Mitçel Launsberi – amerikalı animator və rejissordur. “Disney ağsaqqallarının” onluğuna daxil olub. Con Launsberi 9 mart 1911-ci ildə ABŞ-ın Ohayo ştatının Sinsinnati şəhərində dünyaya göz açıb. 5 yaşında olanda ailəsi ilə Kolorado ştatına köçüb. Uşaqlığı orada, dağlıq yaşayış məntəqəsində keçib. Füsunkar təbiət mənzərələri onu animator olmağa ilhamlandırıb. 13 yaşında olanda atası vəfat edib, ailə başçısını itirdikdən sonra onlar maddi sıxıntı yaşayıblar. Həmin dönəmdə Con animasiya ilə maraqlanmağa başlayıb. Məktəb illərində Con həftəlik məktəb qəzetinin rəsmlərini çəkib. 1932-ci ildə Con Denver İncəsənət İnstitutunu bitirib. Kurs yoldaşının təkidi ilə Los-Ancelesin “İncəsənət mərkəzinin” kurslarına yazılıb. Mərkəzin müəllimlərindən biri onun fitri-istedadını üzə çıxararaq, Uolt Disneyin studiyasına müraciət etməyi tövsiyə edir. Böyük depressiya dövrünə təsadüf edən həmin illərdə Disney ətrafına istedadlı gənc rəssamları toplayırdı. 2 iyul 1935-ci ildə o animator köməkçisi vəzifəsinə işə düzəlir. Həmin vaxt studiya “Ağca qız və yeddi cırtdan” cizgi filmi üzərində çalışırdı. 1940-cı illərdə Con studiyanın əksər cizgi filmlərinin yaradılmasında iştirak edib. 1970-ci illərdə rejissor vəzifəsinə qədər yüksəlib, xüsusilə “Vinni Pux” silsiləsindən olan cizgi filmlərinin yaradılması üzərində çalışıb. Con Launsberi 13 fevral 1976-cı ildə cərrahiyə əməliyyatı zamanı ürək çatışmazlığından dünyasını dəyişib. Xəstəxanalıq olana qədər “Xilasedicilər” cizgi filmi üzərində çalışırdı.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D1%83%D0%BD%D1%81%D0%B1%D0%B5%D1%80%D0%B8,_%D0%94%D0%B6%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç