Volfqanq Rayterman

Volfqanq Rayterman

Rejissor, prodüser

BİOQRAFİYA

Volfqanq Rayterman – alman əsilli amerikalı animator, rejissor və prodüserdir. “Disney ağsaqqalları” doqquzluğunun nümayəndələrindən biri olub. “Vinni Pux” silsiləsindən olan cizgi filmləri üzərində gördüyü işə görə tanınır. Rayterman 26 iyun 1909-cu ildə Münhendə anadan olub. 2 yaşında olanda valideynləri ABŞ-a mühacirət edib. Yeniyetməlik illərində ailəsi Kaliforniyaya köçüb. Volfqanq peşəkar pilot olmağı arzulayıb, böyük depressiyanın gəlişi onun bununla bağlı planlarının üzərindən xətt çəkib. Bir müddət Pasadendə incəsənət kollecinin kurslarına gedib. Akvarellə çəkdiyi rəsmlərlə qısa zamanda səs sala bilib və tezliklə Disney studiyasına dəvət olunub. Əvvəl Volfqanq gəlirli iş təklifini rədd etmək istəyib, çünki hər gün eyni cizgiləri çəkmək ona darıxdırıcı gəlib. Ancaq sonradan fikrini dəyişərək, studiyada işə başlayıb. Başqalarından fərqli olaraq o demək olar təcrübə keçməyib və dərhal “Silly Simphonies” animasiyasının bir neçə səhnəsi üzərində işlərə başlayıb. Volfqanq Rayterman 22 may 1985-ci ildə 75 yaşında avtomobil qəzasında dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%B9%D1%82%D0%B5%D1%80%D0%BC%D0%B0%D0%BD,_%D0%92%D0%BE%D0%BB%D1%8C%D1%84%D0%B3%D0%B0%D0%BD%D0%B3

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç