Alan Miln

Alan Miln

Ssenarist, yazıçı

BİOQRAFİYA
Alan Aleksandr Miln 1882-ci ildə Londonda (İngiltərə) anadan olub. Onun atası müəllim olub. Miln hələ kiçik yaşlarından başlayaraq çox yaxşı təhsil almış, sonra Kembric Universitetini bitirib. Bir müddət İngiltərədə populyar olan "Panç" jurnalının baş redaktorunun müavini işləyib. O, birinci dünya müharibəsinin iştirakçısı olub. A.A. Miln bütün ömrü boyu bədii yaradıcılıqla məşğul olub. Həm də o, müxtəlif janrlarda əsərlər yazıb. O. ilk növbədə çox istedadlı şair kimi çıxış etmiş, " Biz cavan olanda" və " Bizim artıq altı yaşımız var" adlı şer topluların çap etdirib. O, həmçinin çox maraqlı lirik şerlər və balladalar yazıb. Onun "Kralın buterburodu haqqında ballada" əsəri əyləncəli süjet və hikmətamiz ideyası ilə diqqəti cəlb edir. Milinin "Mister Pim yan keçir" üç rəqəmli komediyası dərin yumor hissinə malik olan, maraqlı həyati detallarla zənğin bir əsərdir. Sonralar müəllif həmin əsərin mövzusunda "Mister Pim" adlı romanını da yazıb. Yazıçının "Fil sümüyündən qapı" komediyası da forma və məzmununa görə maraqlı əsərlərdən biridir. Yazıçı A.A. Miln uşaqlar arasında ilk növbədə Kristofer Robinin atası kimi tanınıb. Vinni-Puxun dostu Kristofer Robindir. Doğrudan da əğər oyuncaq ayı balası Vinni-Pux olmasaydı və Vinni- Puxun dostu Kristofer Robin olmasaydı, heç onda uşaqlar da bu qəribə nağılların müəllifi A.A. Milni tanımazdılar. A. A. Miln "Vinni Pux və hamı-hamı-hamı" adlı çox gözəl bir nağıl yazıb. Bu nağılın qəhrəmanı əsərin adından gördüyümüz kimi gombul, bir az dəcəl, qayğıkeş, ağıllı və istedadlı oyuncaq ayı balası Vinni Puxdur. Burada başqa qəhrəmanlar da var: eşşək balası La-Lani, balaca pələng, dovşan, Genqa adlı kenquru və Ru adlı onun balaca oğlunu, bayquşu və çox-çox bu kimi qəhrəmanları göstərə bilərik. Bu qəhrəmanların da hamısı əsl oyuncaqlardır. Bircə Kristofer Robin oyuncaq deyil, o, Milnin doğmaca oğludur. Bu qəribə oyuncaqlar meşənin qəşəng bir guşəsində yaşayırlar. Bu qəhrəmanlar əsl adamlar kimi hiss-həyacanla çətin sınaqdan çıxır, hətta bir-birinin ad günlərini də keçirirlər. Əsərin ən yaxşı cəhətlərindən biri burada dərin yumorun olmasıdir. Yazıçı gündəlik həyat məsələlərində belə poetik məna tapır və onun bu əsərlərində məzmunlara, köməyə ehtiyacı olanlara böyük rəğbət hissi var. Miln öz oyuncaqlarında şənlik, gümrahlıq hisslərini doğurmağa çalışır. A.A. Miln 1956-cı ildə vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Alan_Aleksandr_Miln
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç