Özgür Bakar - Türkiyəli rejissor və ssenaristdir. 5 avqust 1982-ci ildə Türkiyədə anadan olub. Orta təhsilini başa vurduqdan sonra "LeMan" və "Gırgır" jurnallarında həvəskar işlərini yayımlayıb. Daha sonra çoxu komediya olmaqla bir sıra teleproqram və serialda ssenarist kimi fəaliyyət göstərməyə başlayıb. Ancaq sonradan rejissorluğa meyl salıb, öz yazdığı ssenarilər əsasında kino çəkmək fikrinə düşüb. Beləcə ilk qısametrajlı ekran əsərlərini ərsəyə gətirib. Böyük kinoda daha çox "Dəccal" (2015), "Həlak: İtmiş kənd" (2015), "Aləm-i Cin" (2018) və onun sikveli "Alemi-i Cin 2" (2019) qorxu filmləri üzərində gördüyü işə görə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/%C3%96zg%C3%BCr_Bakar