Erdem Akakçe

Erdem Akakçe

Aktyor

BİOQRAFİYA

Erdem Akakçe – türkiyəli teatr və kino aktyorudur. 1 yanvar 1976-cı ildə Konya şəhərində anadan olub. Ankara Özəl Yüksəliş Kollecində tam orta təhsili başa vurduqdan sonra Bilkent Universitetinin Musiqi və Səhnə Sənətləri fakültəsinə daxil olub. Həmin ali təhsil ocağını aktyorluq ixtisası üzrə bitirib. Peşəkar karyerasına Dostlar Teatrının səhnəsində qoyulan “Ayaqyalın Sokrat” tamaşası ilə ayaq basıb. "Dostlar Teatrı"nın trupppasında Tankred Dorstun “Oyunçu”, Laurent Baffiyenin “Yarışma”, Genko Erkalın “Yaşasın savaş” və Behiç Akın “Fay Hattı” tamaşalarında səhnəyə çıxıb. Ekran işlərinə gəlincə, “Anlat İstanbul” filmi, “Biz sizə aşiq olduq” və “Bir İstanbul nağılı” seriallarında oynadığı rolları ilə tanınır. Karyerası ərzində 30-a yaxın seriala çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Erdem_Akak%C3%A7e

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç