Dəniz Çakır

Dəniz Çakır

Aktrisa

BİOQRAFİYA

Dəniz Çakır 31 dekabr 1982-ci ildə Ankarada dünyaya gəlib. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının Teatr Hissəsinin məzunudur. Məzun olduqdan sonra İstanbula yerləşir. Konservatoriyadan məzun olmadan əvvəl Ankara Radiosunda, radio teatrı ilə məşğul olub və radio reklamı səsləndirib. İlk televiziya təcrübəsi olan "Qadın İstəsə"dəki Alov roluyla tanınıb. “Yarpaq Dökümü” serialdakı Ferhunde rolu ona məşhurluq gətirib. “Dram serialında ən yaxşı ikinci dərəcəli aktrisa” nominasiyasına İsmayıl Cem adına türk televiziya mükafatını alıb. "Möhtəşəm yüz yıl" serialında sultan Süleymanın bacısı Şah Sultanı canlandırıb. Çakır burada da hiyləgər, fitnəkar obrazından vaz keçmir. Bir neçə il Çakır fotoqraf Serdar Güzəllə əməkdaşlıq edərək fotomodel kimi çalışıb. İşin sonunda onların birgə sərgisi keçirilib. "Forbes" jurnalının rəyinə görə Deniz Çakır Türkiyənin ən gözəl qadınlarından biridir. Eyni zamanda Türkiyənin "Boxer" kişi jurnalında Dəniz Çakır Türkiyənin 20 ən gözəl televiziya aktrisası sırasında yer alıb. İnternet sorğulara görə Türkiyənin “ən yaxşı pis qızı” titulunu alıb. Dəniz Çakırla İbrahim Çelikkolun eşq macərası 3 il davam edib. 2013-cü ildə cütlük ayrılıb. Buna səbəb Çelikkolun başqa bir qara saç qızla öpüşdüyünü təsdiq edən şəkillər olub. 2015-ci ildə Dəniz aktyor Oktay Kaynarca ilə görüşüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B0%D0%BA%D1%8B%D1%80,_%D0%94%D0%B5%D0%BD%D0%B8%D0%B7

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç