Karen Dotris

Karen Dotris

Aktrisa

BİOQRAFİYA

Karen Dotris – britaniyalı aktrisadır. Daha çox “Meri Poppins” Disney filmində Ceyn Benks rolu ilə tanınır. Dörd yaşından teatr aktrisası kimi fəaliyyət göstərib. Yeniyetmə yaşlarında kino və televiziya layihələrində iştirak etməyə başlayıb. 1984-cü ildə həyatını övladlarına həsr etmək üçün şoubiznesdən ayrılıb. 2004-cü ildə “Disney” əfsanəsi adını qazanıb. 9 noyabr 1955-ci ildə Normand adalarında anadan olub. Valideynləri teatr aktyorları olub. Ailənin üçüncü övladıdır. Hər iki bacısı – Mişel və İvett də  aktrisa olublar. Dörd yaşında olanda “Qafqaz təbaşir dairəsi” tamaşasında aktrisalı debütü baş tutub. Oynadığı rol dərhal diqqəti cəlb edib. Nəzər nöqtəsinə düşən Karen dahi Uolt Disneylə görüşə dəvət olunub. Tezliklə karyerasına öz damğasını vurmuş “Meri Popins” filminə çəkilib. 1964-cü ildə 8 yaşında olanda “Tomazinanın üç canı” filminin çəkilişlərində iştirak edib. 1986-cı ildə ingilis aktyor Aleks Hayd-Uayta ərə gedib. Elə həmin il bu izdivacda Qerrik adlı oğlu dünyaya gəlib. Ancaq cütlük 1992-ci ildə yollarını ayırıb. 1994-cü ildə Dotris “Universal Studios” şirkətinin inzibatçısı Edvin Neylə ərə gedib. Onların İzabella və Qriffin adlı iki uşaqları olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.peoples.ru/art/cinema/actor/karen_dotrice/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç