Devid Tomlinson

Devid Tomlinson

Aktyor

BİOQRAFİYA

Devid Tomlinson – ingilis aktyordur. Daha çox uşaq və komediya filmlərində oynadığı rolları ilə tanınır (Meri Poppins və s.). Devid Tomlinson 7 may 1917-ci ildə İngiltərənin Oksfordşir şəhərində dünyaya gəlib. Məktəbi bitirdikdən sonra, Londonda ofisdə çalışıb, həvəskar tamaşalarda iştirak edib. 1940-ci ildə kinoda debütü baş tutub. Daha sonra müharibəyə (II Dünya müharibəsi) yollanıb. Müharibədən sonra karyerasını davam etdirib, bir sıra komediyalarda müxtəlif plan rollar alıb. 1964-cü ildə Tomlinson “Meri Poppins” animasiyalı bədii filmdə Benks ailəsinin başçısı rolunu qazanıb, həmçinin mister Binnakl və bir sıra cizgi qəhrəmanlarını səsləndirib. Ardınca Disneyin daha bir ekran əsərində “Vurğun körpə” rol alıb. 1943-cü ildə Meri Lindsey Hiddinq adlı dul qadınla ailə qurub. Qadın bir neçə aydan sonra Nyu-Yorkda intihar edib. On ildən sonra o yenidən ailə həyatı qurub, 47 il ərzində ömür yoldaşı olmuş aktrisa Odri Frimenlə nikah bağlayıb. Onların bu izdivacdan dörd övladı olub. 1979-cu ildən etibarən kinodan ayrılıb. 1990-cı ildə “Çoxlarından daha xoşbəxt” adlı avtobioqrafik kitabı işıq üzü görüb. 24 iyun 2000-ci ildə 7-ci Edvard hospitalında (Vestminster, İngiltərə) vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%BE%D0%BC%D0%BB%D0%B8%D0%BD%D1%81%D0%BE%D0%BD,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç