Dik Van Dayk

Dik Van Dayk

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Riçard Ueyn “Dik” Van Dayk - amerikalı aktyor, komik, ssenarist və prodüserdir. Van Dayk 13 dekabr 1925-ci ildə ABŞ-ın Missuri ştatının Uest-Pleyns şəhərində Loren Ueyn Van Dayk və Heyzl Voriç Makkordinin ailəsində anadan olub. Valideynləri holland əsillidir. Kiçik qardaşı Cerri Van Dayk da aktyor olub. Hələ erkən yaşlarından aktyorluğa meyl salıb, bu həvəsin yaranmasında isə yerli kinoteatrda nümayişə çıxarılan Lorel və Hardinin iştirakı ilə çəkilmiş filmlər müstəsna rol oynayıb. İlk uğura 1960-cı ildə Brodveydə “Hələ ki, sərçəsən” müziklində oynadığı rolla imza atıb, həmin rol aktyora “Toni” mükafatını qazandırıb. Üç ildən sonra müzikl ekranlara qoyulub və Van Dayk baş rola çəkilib. 1964-cü ildə Volt Disneyin prodüserliyi ilə çəkilmiş və qısa zamanda kult animasiyalı bədii filmə çəkilmiş “Meri Poppins” filmində baş rolu oynayıb. Filmdə həmdə fərqli qrimlə ikinci dərəcəli obrazı (qoca bankir mister Dous) canlandırıb. Həmin rol onu “Qızıl Qlobus” laureatı edib. 1990-cı illərdə aktyor “Diaqnoz: Qətl” detektiv teleserialında doktor Mark Sloan rolunu ifa edib.

 Ətraflı məlumat üçün aşağıdkaı linkə basın:
https://en.wikipedia.org/wiki/Dick_Van_Dyke

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç