Dato Yevgenidze
Bəstəkar
David Nuqzaroviç (Dato) Yevgenidze 2 dekabr 1958-ci ildə Tbilisidə (Gürcüstan) anadan olub. Gürcü bəstəkarıdır. 1982-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. 1983-cü ildə SSRİ İfaçılar müsabiqəsində Qran-priyə sahib olub. 1985-1986-cı illərdə əsərləri Böyük teatrda səhnələşdirilib. Ardınca Moskva Konservatoriyasının aspiranturasını bitirib. Bir sıra beynəlxalq mükafatların laureatıdır. Dato Yevgenidze tamaşalar, filmlər üçün musiqi bəstələyib. Bir çox ölkələrdə konsertlərlə çıxış edib. Beynəlxalq festivallarda iştirak edib. Onun albomunun üz qabığını Salvador Dalinin sonuncu şəklini çəkən Jan Pyer Qodo bəzəyib. Dato rəssamlıq, şairlik və yazıçılıqla da məşğuldur.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D0%B8%D0%B4%D0%B7%D0%B5,_%D0%94%D0%B0%D1%82%D0%BE