Olivye Barru
Rejissor, ssenarist
Olivye Barru 5 yanvar 1964-cü ildə Fransanın Kann şəhərində anadan olub. Aktyor Kad Meradla dueti ilə məşhurlaşıb (Kad& Olivier). Olivye və Kad Parisin “Oui FM” radiostansiyasında tanış olub. Efirdə onlar “Rok-end-rol sirki” adlı yumoristik verilişin aparıcıları olublar. 1999-cu ildə onlar “Böyük Verliş” adlı şounun aparıcılığını ediblər. Olivye Barru həmçinin dəfələrlə dostu və həmkarı Kadla bir çəkiliş meydanını bölüşüb. 2003-cü ildə onlar “Pamelanın axırına kim çıxıb?” komediyasında FTB xəfiyyələri rolunu oynayıblar. Film detektivlərə və polis filmlərinə parodiyadır. 2005-ci ildə onların ərəb nağılları əsasında çəkdiyi “İznouqud və ya bir saatlıq Xəlif” adlı komediyası ekranlara çıxıb. Orada Kad və Olivye iki cin rolunu oynayır. 2006-cı ildə “Kosmosas bilet” filminin premyerası baş tutub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%80%D1%80%D1%83,_%D0%9E%D0%BB%D0%B8%D0%B2%D1%8C%D0%B5