İzabel Nanti

İzabel Nanti

Aktrisa

BİOQRAFİYA

İzabel Nanti – fransız kino və teatr aktrisasıdır. 21yanvar 1962-ci ildə Fransanın Verden şəhərində anadan olub. Anası norveçli, atası fransızdır. Karyerasına Bar-le-Dük teatrında başlayıb. Orada Florenta kurslarına yazılıb, məzun olduqdan sonra isə özü də aktyorluq sənətindən dərs deyib. 1983-cü ildə “Les Planqués du régiment” adlı ilk filminə çəkilib. Daha çox ikinci plan rollara çəkilir. “Yadlar”, “Ameli”, “Asteriks və Obeliks: Kleopatra missiyası” filmlərində epizodik lakin yadda qalan obrazlar canlandırıb. 2003-cü ildə rejissor qismində “Le Bison” (Yaramaz sevgi) filmində debüt edib. 2011-ci ildə “Tuşe Ailəsi” komediyasında baş rollardan birini oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B0%D0%BD%D1%82%D0%B8,_%D0%98%D0%B7%D0%B0%D0%B1%D0%B5%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç