Göksel Arsoy

Göksel Arsoy

Aktyor

BİOQRAFİYA

Göksel Arsoy – türkiyəli kino və teatr aktyorudur. 15 mart 1936-cı ildə Türkiyənin Kayseri şəhərində anadan olub. Atası Remzi Aksyoy, anası Girit Hanyadır. Əmisi klassik türk mahnıları bəstəkarı, nəğməkar şair, musiqi tənqidçisi Yesari Asim Arsoydur. Aktyor İnstanbul universitetinin iqtisadiyyat fakültəsində tələbə olan vaxt Yeşilköy Hava Limanında işləməyə başlayıb. 1957-ci ildə Sırr Gültekinin rejissoru olduğu “Qara Günlərim”  filmində debüt edib. Ardınca bir il sonra “Kələbçə”, növbəti il isə “Süd Yolu” kimi filmlərdə rol alıb. Göksək Arsoy türk kinematoqrafiyasında “qızıl oğlan” adını qazanıb. 60-cı illər onun karyerasının ən məhsuldar dövrü hesab olunub. 1999-cu ildə Antalya Kinofestivalında Türk kinosuna verdiyi töhfələrə görə “Fəxri mükafata” layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/G%C3%B6ksel_Arsoy

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç