Qari Çok

Qari Çok

Aktyor

BİOQRAFİYA

Qari Çok (ing. Gary Chalk) – britaniya əsilli kanadalı kino və dublyaj aktyorudur. 17 fevral 1952-ci ildə Kanadada anadan olub. Çok məşhur cizgi filmi qəhrəmanı Optimus Praymı səsləndirib. 80-cı illərdə Qari Çok “Təhlükəli körfəz” (Danger Bay), "Məxfi agent Makqayver” (MacGyver), “Zərif havada” (İnto Thin Air), “Stingray”, “21 Jump Street”, “Ağıllı”, “Hava canavarı” və sair televiziya filmləri və seriallarda çəkilib. 1983–cü ildə "The Legend of Hiawatha" cizgi filminin səsləndirməsində iştirak edib. Qari Çok “Əjdaha mirvarisi: Qanlı yaqutların lənəti”, “Kapitan N: Oyun ustası”, “Hi Menin yeni macəraları” “Draqon Kuest”, “Leytenant Marşın kosmik xilasediciləri”, “Konan: Macəra axtarışında”, “Şir Leo: Cəngəllik kralı”, “Transformerlər: Kibertron” və sair cizgi filmlərinin personajlarını səsləndirib. Qari Çok “Pif Paf”, “Qoruyucular”, “Qəddar insanlar”, “O”, “Ağ əsarət”, “Sarı saçlı və sarı saçlı” kimi filmlərdəki rolları ilə tanınıb.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://www.ivi.az/person/gary-chalk-29745

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç