Çela Horsdel
Aktrisa
Çela Horsdel 19 iyun 1973-cü ildə Vankuverdə anadan olub. Horsdel Vankuverdə kanadalı müğənni Valdy ailəsində anadan olub. Yeniyetməlik dövründən model kimi çalışıb, daha sonra aktrisa olmaq qərarına gəlib. Karyerası boyunca yüzdən artıq televiziya şousu və filmlərdə, daha çox ikinci dərəcəli rollarda çəkilib. Televiziyada “Ulduz darvazaları: SG1”, “Digər şəhərdə sevgi münasibəti”, “Ox”, “Qayıdanlar”, “Qeyri real” kimi məşhur filmlərdə ikinci dərəcəli rolları ifa edib. ”Təkər üstündə cəhənnəm”, “Ürəyin çağırışı” amerika seriallarındakı rolları ilə tanınıb. Eyni zamanda Çela “Ölü zona”, “Cinayətkarın düşüncəsi ilə”, “Qorxu ustaları”, “Ulduz gəmisi”Qalaktika”,”Fövqəltəbii”,”Qətl”, “Motiv”, “Qayıdanlar” filmlərində yer alıb. “İntiqam zanamı” (2003), "İks adamlar: sonuncu savaş” (2006), “Hündürlük” (2010), “Meymun planetinin üsyanı” (2011), “Mən qalsam”(2014), “Monst-traklar” (2016) filmlərindəki rolları ilə məşhurdur.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D1%80%D1%81%D0%B4%D1%8D%D0%BB,_%D0%A7%D0%B5%D0%BB%D0%B0