Aleks Zahara

Aleks Zahara

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Aleks Zahara – kanadalı aktyor və vokalistdir. Aleks Zahara (Alex Zahara) Kanadanın Alberta vilayətində Qrand-Preri şəhərində anadan olub. Hələ uşaq yaşlarından tamaşaçı qarşısında çıxış etməyi sevir. Məktəbi bitirəndən sonra Alberta Universiteti və Britaniyanın Kolumbiya Universitetində aktyorluq üzrə təhsil alıb. Teatr sahəsi üzrə bakalavr dərəcəsini alan Alrks teatr karyerasına başlayır. 1997-ci ildə kinoda debüt edib. Zahara kino və televiziyada yüzdən artıq obraz canlandırıb. Aleksin çəkildiyi məşhur filmlər sırasında: “13-cü döyüşçü”, "Açıq sahə", “Sinderella haqqında yeni hekayə”, "2012" filmləri və "İeremiya" («Jeremiah»), "Dilənçilər və seçicilər" («Beggars and Choosers»), "Təkərlər üzərində cəhənnəm" («Hell on Wheels») serialalrı yer alır. Aleks Zahara dublyaj aktyoru kimi tanınıb. O bir çox animasiya filmlərini, cizgi filmlərini və video oyunların qərhrəmanlarını səsləndirib.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/alex_zahara/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç