Beren Saat

Beren Saat

Aktrisa

BİOQRAFİYA
Beren Saat 26 fevral 1984-cü ildə Ankarada (Türkiyə) dünyaya gəlib. Atası Hüseyn futbolçu, anası Ayla müəllimədir. Özündən böyük bir qardaşı var – Cem. İbtidai və orta təhsilini Ted Ankara Kollecində tamamlayan gənc aktrisa universitet təhsili üçün Başkent Universiteti İşlətmə fakültəsini seçib. Universitetdə oxuduğu müddətdə müraciət etdiyi "Türkiyənin Ulduzları" adlı TV proqramından müsbət cavab aldı. Proqrama qatılan Beren Saat yarışmanı ikinci olaraq tamamlayıb. 2004-cü ildə "Aşkımızda Ölüm Var" və 2005-ci ildə "Aşka Sürgün" adlı seriallarda rol alıb, lakin onu əsl mənada məşhur edən "Hatırla Sevgili" serialı olub. Bu serialda canlandırdığı Yasemin rolu ilə 2006-2008 illəri arasında Türkiyəni ekran başına yığmağı bacarır. 2008-ci ildə "Güz Sancısı" adlı ilk filimində baş rolu canlandırıb. Bu film ilə, "Aşka Sürgün" serialından sonra ikinci dəfə usta rejissor Tomris Giritlioğlu ilə birgə iş fürsəti tapır. Eyni il başlayan "Aşk-ı Memnu" adlı serialda canlandırdığı Bihtər adlı obraz çox sevilir. Kıvanç Tatlıtuğla birgə baş rollarını paylaşdığı "Aşk-ı Memnu" qısa müddətdə türk televiziyalarının ən sevilən istehsallarından biri oldu. Halit Ziya Uşaklıgil’in eyniadlı əsərindən adaptasiya olunan serialdakı Kıvanç Tatlıtuğla birgə oynadıqları sevişmə səhnələri xəbər bülletenlərinə qədər özünə yer tapdı. Filmin final bölümü isə izlənmə rekordu qırdı. Məhz Bihtər rolu Beren Saata "Altın Kelebek" mükafatı gətirdi. "Aşk-ı Memnu" dan sonra çəkildiyi "Fatmagülün suçu ne?" serialı yenə də reytinqlərdə ilk pilləyə yüksəlməyi bacardı. Son olaraq çəkildiyi "İntiqam" serialı isə gözlənilən nəticəni vermədiyinə görə ikinci sezonu bitirmədən final etdi. Bundan başqa, Beren Saat hind filmi olan "The Black"in türk versiyası olan "Mənim Dünyam" filminə çəkilib və burada canlandırdığı Ela rolu izləyicilərin rəğbətini qazanmışdı. Beren Saat 2014-cü ilin yayında məşhur müğənni Kənan Doğulu ilə Amerikada evlənmiş və ekranlara bir müddət ara verəcəyini söyləmişdi. 2015-ci ildə o, "Mühteşem Yuzyıl Kösem" serialında Kösem rolunu canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Beren_Saat
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç