Nirac Vora

Nirac Vora

Aktyor, ssenarist, rejissor, bəstəkar

BİOQRAFİYA

Nirac Vora 22 yanvar 1963–cü ildə Qucəratda (Hindistan) musiqiçilər ailəsində anadan olub. Nirac ssenarist kimi rejissor Ram Qopal Varmanın ona 1995-ci ildə çəkilən “Məzəli” filminin dialoqlarını yazmağı təklif etdikdən sonra tanınıb. Nirac həmçinin filmdə çəkilişə gəlməyən aktyoru əvəz edərək epizodda da çəkilir. Film uğur qazandıqdan sonra bir neçə “Dələduzlar” (2000), "Sevgi ehtirası” (2000) və “Şən fırıldaqçılar” (2006) filmləri üçün ssenari yazıb. Nirac özünü rejissor kimi də sınayıb. “Oyunçu 420” (2000), “Biznesmenlər” (2006), "Shortkut — The Con Is On" (2009) və "Familywala" (2014) filmlərinin rejissoru olub. Nirac həmçinin “Torpaq çağırışı” (1997), "Daud" (1997), “Xəyanət” (1998) və “Qiyamçı qəlb” (1999) filmlərində çəkilib. “Keçmişə xoş gəlmisiniz” (2015) filmi sonuncu filmidir. Hera Pheri franşizasının üçüncü hissəsinin çəkilişləri zamanı 2016-cı ilin oktyabr ayında insult keçirən Vora komaya düşür. 14 dekabr 2017 ci ildə komadan ayılmadan vəfat edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Neeraj_Vora

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç